Bazar ertəsi, 4 aprel 2022-ci ildə Moldovada dövlət bayraqları yarıya qədər endiriləcək.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Moldova Respublikasının Prezidenti Mayya Sandu səsləndirib.
Onun sözlərinə görə, sabah aprelin 4-də Ukraynada son 39 günün bütün günahsız qurbanlarının xatirəsinə Moldova Respublikasında milli matəm günü elan ediləcək.
"Biz bütün dünya ilə birlikdə Kiyev yaxınlığındakı Buça şəhərindəki vəziyyətdən şokdayıq. Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı bu qanunsuz və əsassız müharibəni pislədiyi kimi, insanlığa qarşı törədilmiş bu cinayətləri də qətiyyətlə pisləyir", deyə o yekunlaşdırıb.
Bizim.Media