İsveçrə Rusiyanın təxminən 5,75 milyard İsveçrə frankı, başqa sözlə 6,17 milyard dollar dəyərində aktivlərini dondurub.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bura bir sıra daşınmaz əmlaklar da daxildir və məbləğin daha da çox olacağı ehtimal edilir.
İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) yüksək rütbəli rəsmisi, "İsveçrənin də təklif etdiyi yeni hesabatlar və Aİ-nin sanksiyalar siyahısına potensial əlavələrlə, çox güman ki, bu rəqəm artacaq", - deyə vurğulayıb.
Qeyd edək ki, daha əvvəl SECO dondurulmuş və ya sanksiyalara məruz qala biləcək aktivlərin həcmini qiymətləndirməkdən imtina etmişdi.
Lakin qurum neytral ölkə Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını qəbul etməyə başlayıb.
Bizim.Media