Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında bu gün görüş olacaq.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.
Ərdoğan, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcək.
Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.
Bizim.Media