Türkiyənin Şanlıurfa vilayətində dəhşətli hadisə baş verib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, insident yaxın qohumlar arasında yaşanıb.
Belə ki, torpaq üstündə başlanan qarşıdurma qanlı sonluqla bitib. Tərəflər aralarında narazılıqları həll etmək üçün silaha əl atıblar. Nəticədə 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisədə iştirak edən daha 3 nəfər isə həbs edilib.
Bizim.Media