Özbəkistanın şərqində 5.5 bal gücündə zəlzələ olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Zəlzələnin episentri Fərqanə şəhərinin 18 km cənubunda 2 km dərinlikdə olub.
Fərqanədə yeraltı təkanların gücünün 6 bala çatdığı qeyd olunur. Ölkənin Fövqaladə Hallar Nazirliyinin verdiyi məlumata görə, zəlzələnin episentri qonşu Qırğızıstanda olub.
İtki və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media