Şənbə günü Əfqanıstanın paytaxtında ən azı dörd partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
İlkin məlumata görə, naməlum şəxslər partlayıcı qurğuları polis maşınlarına yapışdırıblar. İki polisin öldüyü, daha iki nəfərin və ən azı bir mülki şəxsin yaralandığı məlumdur.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Hələlik heç bir qrup hücum üçün məsuliyyəti öz üzərinə götürməyib.
Bizim.Media