Şoutaym
Bu gün 00:12

İsraildə parlament seçkilərində səsvermə müddəti uzadılmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Qeyd olunub ki, seçki məntəqələri yerli vaxtla saat 22:00-da bağlanacaq.
Xatırladaq ki, bundan əvvəl bir sıra partiyalar, o cümlədən Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası seçki məntəqələrində insanların çox olması səbəbindən səsvermə vaxtının uzadılması xahişi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.
Bizim.Media