
“Son hücumlar göstərir ki, Rusiya Ukraynaya həftədə təxminən 80 raket buraxa bilər. Bu temp ayda 300-dən çox raket deməkdir, ancaq Moskva o tempi davamlı saxlaya bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat “RBC-Ukrayna”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna da “Patriot” sistemləri üçün sursat çatışmazlığı yaşayır:
“Buna görə də Rusiyanın atdığı 39 raketdən yalnız beşi vurulur”.
O, qeyd edib k, Ukrayna Rusiyanın raket buraxılış qurğularına və ballistik raketlər, eləcə də onlar üçün sursat istehsal edən müəssisələrə zərbələr endirməlidir.
İqnat əlavə edib ki, Avropa ölkələrində hələ də Ukraynaya verə biləcəyi “Patriot” raketləri var:
“Bununla yanaşı, onlar öz hava hücumundan müdafiə ehtiyatlarını da qorumağa çalışır”.
Bizim.Media