Multimedia
Bu gün 14:25

Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub.
H.Cəfərov eyni raundda Cənubi Koreayadan olan Hanjae Çunqu məğlub edib.
İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Bizim.Media