Siyasət
Bu gün 15:52

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin 2027-ci il yanvarın 29-dək uzadılmasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, müvafiq qanun layihəsinin lehinə 293 deputat səs verib.
Əvvəlki parlament qərarına əsasən, Ukraynada hərbi vəziyyət oktyabrın 31-dək qüvvədə idi.
Yeni qərarla onun müddəti 90 gün uzadılıb və 2027-ci il yanvarın 29-dək müəyyən edilib.
Bizim.Media