Hər kəsin gözlədiyi XƏBƏR - Rusiya ilə Ukrayna arasında atəşkəs oktyabrın 27-də başlayır

Hər kəsin gözlədiyi XƏBƏR - Rusiya ilə Ukrayna arasında atəşkəs oktyabrın 27-də başlayır
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukraynaya səfər edərək özünün iştirakı ilə əldə olunmuş lokal atəşkəsin nəticələrini yerində görmək ehtimalını istisna etməyib. Bu barədə “New York Post” qəzeti yazıb.

Bizim.Media xəbər verir ki, Melaniya Tramp atəşkəs danışıqlarındakı roluna dair müzakirələr fonunda Roma Papası XIV Leoya dəstəyinə görə təşəkkür edib.

Ukraynaya mümkün səfəri ilə bağlı suala cavab verən Melaniya Tramp şənbə günü “New York Post”a deyib: “Baxarıq. Bu mümkündür”.

Həyat yoldaşının yanında olan ABŞ prezidenti Donald Tramp da belə bir səfərin mümkün olduğunu bildirib.
 

Birinci xanım ilk dəfə açıq şəkildə Xerson vilayətinin Oleşki şəhəri ətrafında Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasında iştirakından danışıb. Onun sözlərinə görə, o, hər iki ölkənin prezidenti — Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxlayıb və tərəflər razılaşma imzalayıblar.


“Biz danışdıq. Razılaşma imzaladıq”, — Melaniya Tramp bildirib.

Donald Tramp həyat yoldaşının səylərini yüksək qiymətləndirərək onun peşəkar danışıqlar aparan nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerdən daha çox nailiyyət əldə etdiyini deyib. O, Melaniyanın gələcək danışıqlarda iştirakını da istisna etməyib.

Cəbhə xəttindən təxminən 8 kilometr məsafədə yerləşən Oleşki humanitar fəlakət həddindədir. Nəşrin məlumatına görə, təxminən 2 min nəfərin yaşadığı şəhərdə əsasən yaşlı insanlar və uşaqlar var, bəzi sakinlər isə ot yeməyə məcbur qalırlar. Əldə olunan atəşkəs əhalinin təxliyəsinə və humanitar yardımın çatdırılmasına imkan verməlidir.
 

Cümə günü Melaniya Tramp razılaşmanın əldə olunduğunu açıqlayıb. Lakin ertəsi gün Roma Papası XIV Leonun prosesdəki rolu ilə bağlı suallar yaranıb. Məlum olub ki, pontifik də atəşkəsə çağıraraq Putin və Zelenski ilə əlaqə saxlayıb. O, əvvəlcə oktyabrın 16-da Rusiya prezidenti ilə, üç gün sonra isə Ukrayna lideri ilə danışıb.


“Roma Papasının dəstəyini qazanmaq çox vacibdir. Atəşkəs oktyabrın 27-də başlayır və ümid edirəm ki, hər şey plana uyğun gedəcək”, — birinci xanım bildirib.

Demokratlar Melaniya Trampı pontifikin xidmətlərini öz adına çıxmaqda ittiham ediblər. Bununla belə, “New York Post”un yazdığına görə, Rusiya və Ukrayna nümayəndələri onun razılaşmanın əldə olunmasında iştirakını təsdiqləyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Ukraynanın ombudsmanı Dmitri Lubinets Melaniyanın səylərini müsbət qiymətləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

ŞOK: Süni intellektlə yaradılmış müğənni hamilə olduğunu açıqladı

ŞOK: Süni intellektlə yaradılmış müğənni hamilə olduğunu açıqladı

El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - FOTO

El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - FOTO

Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - VİDEO

Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - VİDEO

Dəhşət və qaranlıq: Hellouin bayramında nə oxumalı? - FOTO

Dəhşət və qaranlıq: Hellouin bayramında nə oxumalı? - FOTO

Hər kəsin gözlədiyi XƏBƏR - Rusiya ilə Ukrayna arasında atəşkəs oktyabrın 27-də başlayır

Hər kəsin gözlədiyi XƏBƏR - Rusiya ilə Ukrayna arasında atəşkəs oktyabrın 27-də başlayır

Rusiya Ukrayna ilə danışıqları nə vaxt bərpa edəcək? - Uşakovdan AÇIQLAMA

Rusiya Ukrayna ilə danışıqları nə vaxt bərpa edəcək? - Uşakovdan AÇIQLAMA

Mask “Starlink”ə görə Ukraynanı İTTİHAM etdi - Kiyevdən TƏKZİB

Mask “Starlink”ə görə Ukraynanı İTTİHAM etdi - Kiyevdən TƏKZİB

II Elizabet Helen Mirreni şeyxə tərifləyib, amma o, aktrisanı tanımayıb

II Elizabet Helen Mirreni şeyxə tərifləyib, amma o, aktrisanı tanımayıb

Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO

Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Çində Koreya avtomobillərinə maraq kəskin azalıb

Çində Koreya avtomobillərinə maraq kəskin azalıb

Hitler üçün tikilən “Qartal yuvası” iqamətgahı yandı - FOTO/VİDEO

Hitler üçün tikilən “Qartal yuvası” iqamətgahı yandı - FOTO/VİDEO

Əlcək taxan cinayətkarlara pis xəbər - İzləri müəyyən edilir

Əlcək taxan cinayətkarlara pis xəbər - İzləri müəyyən edilir

Depressiyaya düşən reper vəfat etdi - “Şimal insanı” millətçi hərəkatını yaratmışdı - FOTO

Depressiyaya düşən reper vəfat etdi - “Şimal insanı” millətçi hərəkatını yaratmışdı - FOTO

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazandı

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazandı

Pikassonun həyatı haqqında maraqlı FAKTLAR

Pikassonun həyatı haqqında maraqlı FAKTLAR

Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Krımda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı

Krımda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı

ABŞ-lı polkovnik: “Starlink-in bərpası Ukraynanı məğlubiyyətdən xilas etməyəcək”

ABŞ-lı polkovnik: “Starlink-in bərpası Ukraynanı məğlubiyyətdən xilas etməyəcək”

Kim Çen In Çindən Şimali Koreyaya yeni körpü ilə qayıtdı

Kim Çen In Çindən Şimali Koreyaya yeni körpü ilə qayıtdı

End of content

No more pages to load

RADİO