
Krımda yarımadadan kənarda baş verən qəza səbəbindən elektrik enerjisinin verilişinə məhdudiyyətlər tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Yanacaq və Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, elektrik enerjisi şəbəkənin imkanlarından asılı olaraq verilir.
Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev şəhərin müvəqqəti olaraq işıqsız qaldığını bildirmişdi. Buna Ukrayna Silahlı Qüvvələrinin enerji infrastrukturuna hücumu səbəb olmuşdu. Regionda zərər çəkən obyektlər barədə məlumat verilməyib.
KP.RU-nun yazdığına görə, oktyabrın 24-nə keçən gecə Krımdan kənarda elektrik şəbəkələrində qəza baş verib. Nəticədə yarımadanın bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.
Bizim.Media