Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiyanın 2022-ci ildə Kiyevi ələ keçirə bilməməsinin səbəbi rusiyalı generalın səhv əmri deyil, Ukrayna hərbçilərinin müqaviməti və Rusiya qoşunlarının sayının yetərsiz olmasıdır.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “The Diary Of A CEO” layihəsinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya Kiyevi ələ keçirmək üçün təxminən 300–400 min hərbçiyə ehtiyac duyurdu. Lakin Moskva şəhəri tutmaq və işğal etdiyi ərazilərə nəzarəti saxlamaq üçün kifayət qədər canlı qüvvəyə malik deyildi.
Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya qoşunlarının Kiyev yaxınlığında bataqlıqda ilişib qalması səbəbindən məğlub olması barədə söylədiklərini də təkzib edib.
Bizim.Media