İnklüziv Təlim və Tədris Mərkəzi yaradıldı - FOTO

"SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib.
 

"SkillBridge" layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib.


Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub.

Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur.

Bundan başqa, "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir.

Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023-2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər.

Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, "SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, "Birgə və Sağlam" İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.






















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panlelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panlelləri qurulur

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Baş nazirin müavinlərinin sayı 4 oldu

Baş nazirin müavinlərinin sayı 4 oldu

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb – FOTO

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb – FOTO

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Türkiyədə Qəzza üçün yığılan zəkat necə “əridilib”? – SENSASİON FAKTLAR

Türkiyədə Qəzza üçün yığılan zəkat necə “əridilib”? – SENSASİON FAKTLAR

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

İnklüziv Təlim və Tədris Mərkəzi yaradıldı - FOTO

İnklüziv Təlim və Tədris Mərkəzi yaradıldı - FOTO

“Barselona”nın 4 futbolçusu PSJ ilə oyunu buraxacaq

“Barselona”nın 4 futbolçusu PSJ ilə oyunu buraxacaq

Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə Teymur Musayev təqdim etdi – FOTO

Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə Teymur Musayev təqdim etdi – FOTO

Altı il öncə bu gün – 19 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 19 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Paytaxtda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirildi

Paytaxtda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirildi

Zelenskinin canlı yayımda etdiyi hərəkət çaşqınlıq yaratdı – VİDEO

Zelenskinin canlı yayımda etdiyi hərəkət çaşqınlıq yaratdı – VİDEO

ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

Prezident bir qrup energetiki təltif etdi – ADLAR

Prezident bir qrup energetiki təltif etdi – ADLAR

“44” filmini telefona çəkənlərə XƏBƏRDARLIQ - Cəza tətbiq oluna bilər

“44” filmini telefona çəkənlərə XƏBƏRDARLIQ - Cəza tətbiq oluna bilər

Bakıda küləyin sürəti 27 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 27 m/s-yə çatır - FAKTİKİ HAVA

Badamdarda Hədəf Stars International kampusunun açılışı keçirilib – FOTO

Badamdarda Hədəf Stars International kampusunun açılışı keçirilib – FOTO

"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

End of content

No more pages to load

RADİO