Rusiya Məhkəməsi 64 yaşlı tarixçi Oleq Sokolovu sevdiyi tələbəni doğrayaraq qətlə yetirdiyinə görə 12 il yarım müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Sokolov Sankt-Peterburq Dövlət Universitetinin professoru olub.
Xatırladaq ki, keçən ilin noyabrında çaya atılan, çantada 24 yaşlı aspirant Anastasiya Yeşçenkonun hissələrə bölünmüş cəsədi aşkarlanmışdı.
Oleq Sokolov həm də Napoleonun döyüş səhnələrinin tədqiqatı ilə məşhurlaşmışdı.
Bizim.Media