İsrailin Baş naziri Binyamin Netanyahu Mərakeş Kralı VI Məhəmmədi ölkəsinə səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA-Novosti” məlumat yayıb.
“Netanyahu Mərakeş Kralı ilə danışıb və onu İsrailə səfərə dəvət edib”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, bundan əvvəl isə İsrail və Mərakeş diplomatik münasibətlər qurmaq barədə razılığa gəliblər.
Bizim.Media