Naməlum silahlılar BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının sülhməramlılarına hücum edib.
Bizim.Media-nın məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.
Baş katibin nümayəndəsi ölkə hakimiyyətini hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.
Bizim.Media