Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 80 milyon 209 min 560 nəfərə çatıb.
Bizim.Media "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 757 min 703 nəfərdir. İndiyədək 56 milyon 473 min 802 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 655 041 nəfər infeksiyaya yoluxub, 11 564 pasiyent dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Bizim.Media