Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Qəza zamanı 1953-cü il təvəllüdlü Vaqif Əhmədov və 1983-cü il təvəllüdlü Ceyhunə Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Qəza baş verən əraziyə DYP əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu