Ağ Ev Rusiya və Ukrayna arasında nizamlanma danışıqlarında xüsusi elçi Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşnerin iştirakını dayandırmağı, təşəbbüsü isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffə həvalə etməyi nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, Uitkofun Rusiyaya etdiyi səfərlər nəticəsiz qaldığı üçün həm Moskvanın, həm də Kiyevin tənqidləri ilə üzləşib, Avropa paytaxtları isə bu dəyişiklik ehtimalını müsbət qarşılayıb.
Kreml Uitkofun ötən ilin avqustundakı sammit öncəsi səhv gözləntilər yaratdığını düşünür, Kiyev isə onun Rusiya liderinə kifayət qədər təzyiq göstərmədiyini hesab edir.
Mənbələrin məlumatına görə, Donald Tramp hələlik yekun qərar verməyib, lakin Ratkliff ilə Uitkof arasında prosesdə liderlik uğrunda rəqabət yaşanıb.
Bizim.Media