Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür - Nə faydası var?

Ortoped-cərrah Coselin Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarından biri dişləri fırçalayarkən bədənin vəziyyətini dəyişdirməkdir.

Onun tövsiyəsi sadədir: dişlərinizi bir ayaq üstə dayanaraq fırçalayın.

Vittsteynin sözlərinə görə, belə balans saxlamaq ayaq və topuq nahiyəsindəki kiçik əzələləri gücləndirməyə və bununla da yıxılmaların qarşısını almağa kömək edə bilər.

Bir ayaq üstə dayanmaq həmçinin sinir-əzələ nəzarətini yoxlamağa və yaxşılaşdırmağa, propriosepsiyanı - bədənin məkandakı vəziyyətini dərk etmək qabiliyyətini - inkişaf etdirməyə, eləcə də beyin sağlamlığını dəstəkləməyə imkan verir.

Bunun nə üçün əhəmiyyəti var?

Vittsteyn bildirir ki, yaxşı tarazlıq sümük sağlamlığının və sağlam qocalmanın əsas göstəricilərindən biridir.

Araşdırmalar da insanın 10 saniyə ərzində bir ayaq üstə tarazlığını qoruya bilməsi ilə ölüm riski arasında əlaqə olduğunu göstərir. 2022-ci ildə aparılan araşdırmaya əsasən, 51-75 yaş aralığında bir ayaq üstə 10 saniyə dayana bilməyən insanların növbəti onillik ərzində ölüm riski bunu bacaranlarla müqayisədə 84 faiz daha yüksək olub.

Necə başlamaq olar?

Vittsteyn əvvəlcə bir ayaq üstə dayanmağın sizin üçün nə dərəcədə asan olduğunu yoxlamağı və bunu hər iki ayaqla sınamağı tövsiyə edir.
 

Daha sonra dişləri fırçalayarkən bu məşqi etməyə çalışmaq olar. Əgər dişlərinizi 30 saniyə fırçalayırınızsa, təxminən 15 saniyədən bir ayaqları dəyişmək məsləhətdir.


Məşqin çətinliyini artırmaq üçün gözləri yummaq, yumşaq xalça kimi daha az sərt səthdə dayanmaq və hətta bir ayaq üzərində çömbəlmə hərəkəti etmək olar. Sonuncu variant güc məşqidir və sağlamlıq baxımından daha çox fayda verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən yüksək maaş alan siyasi liderinin əməkhaqqısı yenə artırıldı

Dünyanın ən yüksək maaş alan siyasi liderinin əməkhaqqısı yenə artırıldı

Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür - Nə faydası var?

Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür - Nə faydası var?

Mingəçevirdə gəzinti qayıqları toqquşdu

Mingəçevirdə gəzinti qayıqları toqquşdu

Meyvə-tərəvəz bol olacaq, lakin qiymətlər... - Xəbərdarlıq

Meyvə-tərəvəz bol olacaq, lakin qiymətlər... - Xəbərdarlıq

2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU

2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU

"Şəki Yaylası"nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

"Şəki Yaylası"nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verildi

UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verildi

ABŞ İranın neft tankerinə raketlə hücum etdi

ABŞ İranın neft tankerinə raketlə hücum etdi

“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI

“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI

Niyə fəstfudlar asılılıq yaradır? – Gözümüzdən qaçan SƏBƏB

Niyə fəstfudlar asılılıq yaradır? – Gözümüzdən qaçan SƏBƏB

Vuçiç növbədənkənar seçkilərin TARİXİNİ açıqladı

Vuçiç növbədənkənar seçkilərin TARİXİNİ açıqladı

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Marixuana ilə xaricə getməyin!

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Marixuana ilə xaricə getməyin!

İran ələ keçirilən ABŞ-nin pilotsuz sualtı aparatının görüntülərini yaydı – FOTO/VİDEO

İran ələ keçirilən ABŞ-nin pilotsuz sualtı aparatının görüntülərini yaydı – FOTO/VİDEO

24 yaşlı məşhur fud-bloger dünyasını dəyişdi

24 yaşlı məşhur fud-bloger dünyasını dəyişdi

Azərbaycan xarici tələbələr üçün niyə cəlbedicidir — Açıqlama

Azərbaycan xarici tələbələr üçün niyə cəlbedicidir — Açıqlama

Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış - Hadisənin detalları

Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış - Hadisənin detalları

Bu həftə həyatları dəyişə bilər – Ən şanslı 3 BÜRC

Bu həftə həyatları dəyişə bilər – Ən şanslı 3 BÜRC

“Şagirdlərimizin 13 faizə yaxını məktəbdə bullinqə məruz qalır” - Emin Əmrullayev

“Şagirdlərimizin 13 faizə yaxını məktəbdə bullinqə məruz qalır” - Emin Əmrullayev

Türkiyə İsrailə qarşı verilən qərarı DƏSTƏKLƏDİ

Türkiyə İsrailə qarşı verilən qərarı DƏSTƏKLƏDİ

ABŞ 27 İran aviaşirkətinə sanksiya tətbiq etdi

ABŞ 27 İran aviaşirkətinə sanksiya tətbiq etdi

Bakıda yanan transformator qısa müddətdə söndürüldü

Bakıda yanan transformator qısa müddətdə söndürüldü

Messi 17-ci dəfə "Qızıl top" mükafatına namizəd göstərildi

Messi 17-ci dəfə "Qızıl top" mükafatına namizəd göstərildi

“And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar - VİDEO

“And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar - VİDEO

Rəsmi Kiyev açıqladı: Zelenski və Tramp bu ay görüşə bilər

Rəsmi Kiyev açıqladı: Zelenski və Tramp bu ay görüşə bilər

End of content

No more pages to load

RADİO