İran ələ keçirilən ABŞ-yə məxsus pilotsuz dəniz dronunun ilk görüntülərini yayımlayıb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
İran dövlət televiziyası ələ keçirilən aparatın “Anduril Dive-LD” avtonom sualtı aparatı olduğunu açıqlayıb.
Daha sonra ABŞ rəsmisi “Reuters”ə bildirib ki, bir gün əvvəl Yaxın Şərqdə ABŞ ordusuna məxsus sualtı pilotsuz aparat texniki nasazlıq səbəbindən sıradan çıxıb. Rəsminin sözlərinə görə, bu, köhnə model olub və üzərində məxfi sonar və ya radar avadanlığı olmayıb.



Bizim.Media