Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli görüşün keçirilə biləcəyi mümkün məkanları açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Zelenskinin sözlərinə görə, növbəti üçtərəfli görüş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsveçrə və ya Türkiyədə baş tuta bilər.
Ukrayna lideri sentyabr ayında ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını, bundan sonra tərəflərin üçtərəfli danışıqların hazırlanmasına başlayacağını bildirib.
O qeyd edib ki, bütün iştirakçıların razılığı olacağı təqdirdə görüş hətta elə sentyabr ayındaca keçirilə bilər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Moskvanın üçtərəfli danışıqların bərpa olunmasında maraqlı olduğunu təsdiqləyib.
Bizim.Media