İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.
Vakansiya seçimində 2025-cı ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq keçid balını(40 bal) toplamış namizədlər qeydiyyatdan keçə bilərlər.Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd vakant vəziyə təyinat alacaq
Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.
Qeydiyyat 10 sentyabr 2026-cı il, saat 18:00-a qədər davam edəcək.
Fəridə, Bizim.Media