Xəbər verildiyi kimi bir neçə dəqiqə öncə “Gənclik Mall”da həyəcan siqnalı verilib və ticarət mərkəzində olan vətəndaşların dərhal təxliyə edildiyi bildirilib.
Bizim.Media xəbər verir ki, “Gənclik Mall” Ticarət Mərkəzi həyəcan siqnalının verilmə səbəbi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
“Gənclik Mall ticarət mərkəzimizdə texniki xəta baş vermiş və xəbərdarlıq sistemi işə düşmüşdür. Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Xoş istirahətlər arzu edirik” – paylaşımda qeyd olunub.

Xədicə Paşayeva, Bizim.Media