Ukraynanın paytaxtı Kiyev şəhəri gecə saatlarında kütləvi ballistik raket hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb.
Təxminən 45 dəqiqə ərzində Kiyevə 25-ə yaxın ballistik raket atıldığı bildirilir.
Şəhərdə ardıcıl partlayışlar qeydə alınıb, yaşayış binalarına ziyan dəydiyi və yanğınların baş verdiyi barədə məlumatlar var.
Bizim.Media