Çin tərəfi Şərqi İqtisadi Forumunun (VƏF) keçirildiyi müddətdə Rusiyanın liman şəhəri olan Vladivostoka hücum edilməməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Kyodo News" agentliyi mənbələrə istinadən yayıb.
Pekin bu addımı Çin Dövlət Şurası baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün atıb.
Mənbələrin bildirdiyinə görə, Kiyev diplomatik müraciəti nəzərə alaraq forum günlərində həmin istiqamətdə hər hansı zərbə endirməyəcəyinə dair söz verib.
Bizim.Media