"Çinli Nostradamus" ləqəbli çinli-kanadalı analitik Cüan Syuesin (Jiang Xueqin) 2027-ci ilə dair sərt geosiyasi proqnozlar səsləndirib. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı başlayacağı hərbi münaqişə qlobal miqyasda dərin böhrana səbəb olacaq.
Bizim.Media xəbər verir ki, analitik ABŞ və İsrailin İrana qarşı münaqişənin 10-20 il davam edəcək quru əməliyyata çevriləcəyini, bunun isə məcburi hərbi çağırışın (draft) bərpasına yol açacağını ehtimal edir.
Hörmüz boğazının bağlanması nəticəsində neft, qaz və ərzaq qiymətlərinin kəskin artması qlobal maliyyə sistemini tənəzzülə sürükləyəcək.
İqtisadi böhran və səfərbərlik fonunda Miqrasiya Xidmətinin (ICE) və Milli Qvardiyanın səlahiyyətlərinin artması ABŞ şəhərlərində kütləvi etirazlara və yerli iğtişaşlara səbəb olacaq.
Bizim.Media