Peru Hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərar Yaxın Şərqdəki mövcud vəziyyət və İranın Hörmüz boğazındakı addımları ilə əlaqədardır.
"Peru Respublikasının Hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib", – deyə XİN-in rəsmi bəyanatında bildirilir.
Bununla belə, nazirlik xüsusi olaraq vurğulayıb ki, diplomatik əlaqələrin kəsilməsi konsulluq münasibətlərinin dayandırılması anlamına gəlmir və bu sahədə fəaliyyət saxlanılacaq.
Bizim.Media