Bakıda "Şəhərlərin bərpası naminə humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məntəqələri üçün mükəmməllik standartlarının müəyyən edilməsi" mövzusunda lV Beynəlxalq Mina Fəaliyyəti Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, Forum Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutacaq.
Həmçinin, tədbirdə panel müzakirələrin keçirilməsi və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Konfransın əsas məqsədi humanitar minatəmizləmənin post münaqişə ərazilərində təhlükəsiz bərpa və məskunlaşmanın vacib şərti olduğunu beynəlxalq səviyyədə vurğulamaqdır.
Konfrans iki gün davam edəcək.
Günay Şahmar, Bizim.Media