Azərbaycanda maşınlarda yeni nişan peyda oldu – Mənası maraq doğurdu

“Təcrübəsiz sürücü” nişanının nə olması və kimlər tərəfindən istifadə edilməsinin zərurliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə yeni sürücülərin avtomobillərində bu nişanın yerləşdirilməsinin məcburi olub-olmaması diqqət çəkir.
 

“Təcrübəsiz sürücü” nişanı nə üçün nəzərdə tutulub? Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülük mədəniyyətinin artırılması fonunda günün birində bu nişanın yeni sürücülər üçün məcburi olması gündəmə gələ bilərmi?


Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, “təcrübəsiz sürücü” nişanı “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulub:

“Dünya praktikasında da tətbiq olunur. Sadəcə, Azərbaycanda bu nişanın avtomobilə yapışdırılması hazırda tövsiyə xarakteri daşıyır. Yəni təcrübəsiz sürücülərə tövsiyə edilir ki, avtomobilin arxa şüşəsinə bu stikeri yapışdırsınlar. Məqsəd digər hərəkət iştirakçılarına sükan arxasında təcrübəsiz sürücünün olduğunu bildirmək və beləliklə, onun manevr etməsinə, hərəkətinə müəyyən şərait yaratmaqdır”.

Ekspert qeyd edib ki, sürücülük təcrübəsi iki ildən çox olmayan şəxslər təcrübəsiz sürücü sayılır:

“Hesab edirəm ki, hazırda tövsiyə xarakteri daşıyan bu nişanın məcburi olması da nəzərdən keçirilə bilər. Çünki ölkədə yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər yüksəkdir və bu qəzalarda təcrübəsiz sürücülərin də iştirakı tez-tez müşahidə olunur.
 

Xüsusilə magistral və şəhərlərarası yollarda, eləcə də hava şəraitinin əlverişsiz olduğu dövrlərdə təcrübəsiz sürücülərin səbəb olduğu qəzalara rast gəlinir. Şəhər daxilində də oxşar hallar müşahidə olunur.


Bu baxımdan, “təcrübəsiz sürücü” stikerinin məcburi xarakter daşıması məqsədəuyğundur. Bunun heç bir mənfi və ya ayıbdan irəli gələn tərəfi yoxdur. Bu, dünya praktikasında tətbiq olunan normal bir yanaşmadır və digər sürücülərin təcrübəsiz sürücüyə qarşı daha diqqətli davranmasına imkan verə bilər. Nəticədə, bu tədbir yol-nəqliyyat hadisələrinin sayının ən azı müəyyən qədər azalmasına töhfə verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bloger və infulenserlərdən vergi tutulacaq –RƏSMİ

Azərbaycanda bloger və infulenserlərdən vergi tutulacaq –RƏSMİ

Prezident doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sayını AÇIQLADI

Prezident doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sayını AÇIQLADI

Zərdabda bu körpü qəzalı vəziyyətdədir - FOTO

Zərdabda bu körpü qəzalı vəziyyətdədir - FOTO

Bakıda “cin çıxaran” qadın saxlanıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi BAŞA ÇATIR

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi BAŞA ÇATIR

Model studiyada aparıcını çanta ilə döymək istədi – ANBAAN VİDEO

Model studiyada aparıcını çanta ilə döymək istədi – ANBAAN VİDEO

Daha üç vəzifəliyə hökm oxundu- Biri Mikayılovun uşaqlıq dostudur

Daha üç vəzifəliyə hökm oxundu- Biri Mikayılovun uşaqlıq dostudur

TƏBİB sistemində çalışan tibb işçilərinin maaşı ARTIRILIR – RƏSMİ

TƏBİB sistemində çalışan tibb işçilərinin maaşı ARTIRILIR – RƏSMİ

İlham Əliyevdən Vyetnam Prezidentinə TƏBRİK MƏKTUBU

İlham Əliyevdən Vyetnam Prezidentinə TƏBRİK MƏKTUBU

Prezidentdən IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına MÜRACİƏT

Prezidentdən IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına MÜRACİƏT

600 milyon dollarlıq toy: Gəlinin qızıllarını daşıyıb bitirə bilmirdilər

600 milyon dollarlıq toy: Gəlinin qızıllarını daşıyıb bitirə bilmirdilər

Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi SAXLANILIB

Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi SAXLANILIB

Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edildi – FOTO

Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edildi – FOTO

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ

BMT: “Azərbaycan minatəmizləməyə dünya üzrə ən yüksək milli maliyyə ayırıb”

BMT: “Azərbaycan minatəmizləməyə dünya üzrə ən yüksək milli maliyyə ayırıb”

“Süni intellektdir” dedilər, üzən ada kəşf edildi- Foto

“Süni intellektdir” dedilər, üzən ada kəşf edildi- Foto

ANAMA sədri: “Azərbaycanın mina probleminin həllinə 590 milyon dollar vəsait ayrılıb”

ANAMA sədri: “Azərbaycanın mina probleminin həllinə 590 milyon dollar vəsait ayrılıb”

Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun – Fotosu

Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun – Fotosu

“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi

“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi

298 min hektardan çox ərazi minalardan təmizlənib

298 min hektardan çox ərazi minalardan təmizlənib

I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

Kirayə qaldığı evdən piano oğurladı

Kirayə qaldığı evdən piano oğurladı

Bakıda lV Beynəlxalq Mina Fəaliyyəti Forumu keçirilir

Bakıda lV Beynəlxalq Mina Fəaliyyəti Forumu keçirilir

Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO

Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO

End of content

No more pages to load

RADİO