Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Xüsusi qayğıya və nəzarətə ehtiyacı olan yaşlı insanların yanında olmaq onların ailəsinin qarşısında duran həm mənəvi, həm də sosial məsuliyyətdir. Ailə üzvlərinin işləməsi, gün ərzində evdə olmaması və baxıcı tutmaq üçün maddi imkanın çatmaması bəzi ailələri çətin seçim qarşısında qoya bilər.

Bu cür hallarda ölkəmizdə “Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi” fəaliyyət göstərir. Bir çox ölkələrdə ahıl insanların sosial müəssisələrdə yaşaması daha geniş yayılsa da, bizim cəmiyyətdə mənfi hal kimi qarşılanır.

Bəzən övladların valideynlərini  müəsisəyə yerləşdirmək istəməməsi, bəzən isə müəssisələrə qəbul üçün müəyyən meyarların olması sual yaradır ki, dövlət belə hallarda hansı alternativ sosial xidmətləri təklif edir?

Ailə nə baxıcı tuta, nə də yaşlı valideynini müəssisəyə yerləşdirə bilirsə, həmin ailələrə hansı dəstək göstərilə bilər?

Belə hallarda dövlət tərəfindən evdə sosial xidmət imkanları nəzərdə tutulur. Bu xidmət çərçivəsində ahıl şəxslərə yemək hazırlanması, özünə qulluq, evin təmizlənməsi, ərzaq və dərmanların alınması kimi sosial-məişət xidmətləri göstərilir. Lakin mövcud xidmətlər müəyyən meyarlara əsaslanır və hər ailə üçün əlçatan deyil.

Bəs ehtiyacı olan hər bir ahıl insanın və ailənin sosial xidmətlərdən yararlanması daha əlçatan edilməlidirmi?

Bizim.Media mövzu ilə bağlı sosioloq Mail Yaqubun fikirlərini öyrənib.

Onun sözlərinə görə, ailə dəyərləri baxımından yaşlı valideynlərə sahib çıxmaq əsas məsələlərdən biridir:

“Sevindirici haldır ki, bizim rayonlarımızda “Qocalar evi” yoxdur. Bu, milli-mənəvi dəyərlərimizdən qaynaqlanır və o deməkdir ki, biz valideynlərimizə sahib çıxırıq, başqa ölkələrdə olduğu kimi onları “Qocalar evi”nə yerləşdirmirik.

Lakin istisna hallar nəzərə alınmalıdır. Xüsusilə ailə üzvlərinin işlədiyi, ahıl şəxsin gün ərzində tək qaldığı, daimi qayğıya ehtiyac duyduğu və ailənin baxıcı tutmağa maddi imkanının olmadığı vəziyyətlərdə dövlətin sosial dəstəyi mütləq təmin edilməlidir. “Qocalar evi” belə hallarda həmin ahılları qəbul etməlidir.

Hansısa prosedurlar buna imkan vermirsə, həmin maneələr aradan qaldırılmalıdır 

M. Yaqub qeyd edib ki, ahıllar evində yer olmadığı hallarda da dövlətin ailəyə evdə qulluq imkanları yaratması üçün dəstək mexanizmləri nəzərdə tutulmalıdır. Onun fikrincə, xüsusilə sosial dövlət prinsiplərinə əsaslanan ölkələrdə bu cür ailələr üçün alternativ sosial xidmətlərin olması vacibdir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi – VİDEO

Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi – VİDEO

İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Azərbaycanda mobil internet gerilədi - Statistika

Azərbaycanda mobil internet gerilədi - Statistika

End of content

No more pages to load

RADİO