Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin qalibi Co Bayden təhsil sistemində dəyişiklik etməkdə qərarlıdır.
Bizim.Media xəbər verir ki, o, nəzərdə tutduğu palnları haqqında tvitter hesabında paylaşım edib.
“21-ci əsrdə məktəblərin 12 illik olması kifayət deyil. Ona görə də Bayden-Harris planı əsasında icma kollecləri pulsuz olacaq. İllik qazancı 125 min dollardan az olan ailələr dövlət kollecləri və universitetlərdə pulsuz təhsil alacaqlar”, - deyə o qeyd edib.
Bizim.Media