Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb.

Bizim.Media xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, atalığın tanınması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məmurunun iştirakı ilə rəsmiləşdirilib.

Şahzadə Loran 2025-ci ilin sentyabrında Vandenkerkhovun bioloji atası olduğunu açıq şəkildə elan etmişdi. Klement Vandenkerkhov 2003-cü ildə, Loranın Şahzadə Klerlə evlənməsindən əvvəl dünyaya gəlib.

Atalığın rəsmi şəkildə təsdiqlənməsi ilə Vandenkerkhov şahzadə titulunu daşımaq hüququ əldə edib. Bununla belə, bu titul ona kral ailəsi adından rəsmi fəaliyyət göstərmək və ya monarxiyanı təmsil etmək səlahiyyəti vermir.

Belçikada 2013-cü ildə qəbul edilən qanuna əsasən, kral ailəsinin üzvlərinə verilən dövlət müavinətləri, əsasən, monarx və taxtın birbaşa varisi ilə məhdudlaşır.

Bu səbəbdən Vandenkerkhov da Şahzadə Loranın digər övladları Şahzadə Luiza, Şahzadə Nikolay və Şahzadə Aymerik kimi öz gəlirini müstəqil şəkildə təmin etməyə davam edəcək.
Atalığın tanınmasının ən mühüm hüquqi nəticələrindən biri miras məsələsidir.

Vandenkerkhov artıq Şahzadə Loranın qanuni övladı və tamhüquqlu varisi hesab olunur. Bu isə o deməkdir ki, o, atasının vəfatından sonra mirasını üç ögey bacı-qardaşı ilə bərabər şəkildə bölüşmək hüququna malik olacaq.

O, həmçinin istəsə, atasının ailə soyadı olan Saks-Koburq soyadını götürmək üçün müraciət edə bilər.

Lakin Belçika mətbuatının məlumatına görə, 26 yaşlı şahzadə hazırkı Vandenkerkhov soyadına bağlıdır və onu dəyişdirmək niyyətində olduğuna dair hər hansı açıqlama verməyib.

Belçika Kral ailəsində buna bənzər hal daha əvvəl də yaşanıb. Kral II Albertin uzun müddət davam edən atalıq mübahisəsindən sonra qızı kimi tanıdığı Şahzadə Delfin də sonradan Saks-Koburq soyadından istifadə etməyə başlayıb. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

End of content

No more pages to load

RADİO