İsrail bir neçə aydan sonra yenidən Suriyaya aviazərbələr endirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, İsrail qırıcıları gecə saatlarında İdlib əyalətinin şərqində yerləşən "Əbu əl-Duhur" aviabazasına dörd zərbə endirib.
Hücumun əsas hədəfi uçuş-eniş zolağı olub.
Məlumata görə, bazada yeni bərpa edilmiş Suriya aviasiyası — təmirdən çıxmış iki "Su-22" təyyarəsi, bir neçə "L-39" təlim təyyarəsi və köhnə helikopterlər yerləşirdi.
Hücum sosial şəbəkələrdə Suriyanın şimal rayonları üzərində "Su-22" təyyarələrinin təlim uçuşlarını əks etdirən kadrların yayılmasından dərhal sonra baş verib.
Bizim.Media