Sosial şəbəkələrdə yayılan görüntülər izləyiciləri heyrətə gətirib.
Bizim.Media xəbər verir ki, videoda gənc oğlan müxtəlif əşyalar üzərində bir-birindən maraqlı fəndlər nümayiş etdirir.
Kağız, qutu, butulka və digər əşyalarla etdiyi hərəkətlər ilk baxışda adi gözlə izaholunmaz görünür.
O, xüsusilə sadə əşyalardan istifadə etməklə nümayiş etdirdiyi fəndlərlə izləyicilərin diqqətini çəkib. Görüntülər sosial şəbəkələrdə “Bu oğlan dünyanın bütün sehrbazlarını işsiz qoydu” şərhi ilə paylaşılır.
Videonun qeyri-adi və əyləncəli olması istifadəçilər arasında böyük marağa səbəb olub. (Musavat.com)
Bizim.Media