Kiyevdə Mixail Fedorovun müdafiə naziri vəzifəsinə qaytarılması və hakimiyyətlə cəmiyyət arasında dialoqun bərpası tələbi ilə etiraz yürüşü keçirilib.
Bizim.Media xəbər verir ki, “Ukrainskaya pravda”nın məlumatına görə, yürüşün yüzlərlə iştirakçısı Ukrayna xalqının Azadlıq Tağının qarşısına toplaşıb.
Etirazçılar əllərində “Xalqla dialoq”, “Fedorov Müdafiə Nazirliyinə”, “Drapatıy üçün təşəkkürlər, amma biz hələ bitirməmişik” şüarları yazılmış plakatlar tutublar.
Yürüşün İvan Franko meydanında başa çatacağı bildirilib.
Bizim.Media