Kolumbiyanın Kali şəhərində baş verən 7.4 bal gücündə zəlzələdən sonra fəlakət bölgəsinə baş çəkən mer Alexandro Eder yerli sakinlərin kəskin etirazı ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, köməyin gecikməsinə və yardım işlərinin kifayət qədər aparılmamasına qəzəblənən sakinlər merin üzərinə hücum çəkib.
Qısa müddətdə merin ətrafına toplaşan qəzəbli kütlə "Buradan rədd ol!" şüarları səsləndirərək şəhər rəhbərliyinə etirazını bildirib.
Gərginliyin artmasından sonra polis əməkdaşları Ederin ətrafında mühafizə dairəsi yaradıblar.
Yalnız bundan sonra mer ərazini tərk edə bilib.
Bizim.Media