Cənub-Şərqi Asiyada böyük fəsadlara yol açan "Delfin" tayfunu və musson yağışları Filippini sular altında qoyub.
Bizim.Media xəbər verir ki, təbii fəlakətin 15 nəfərin ölümünə səbəb olduğu ölkənin şəhərlərində vəziyyət daha acınacaqlıdır.
Belə ki, iri yaşayış məntəqələri sel sularının özü ilə gətirdiyi zibil yığının əsirinə çevrilib.
Filippinin paytaxtı Manilanın şəhərətrafı zonası olan Paranyakadakı Redemptorist kanalı tamamilə nəhəng zibil qalaqları ilə tutulub. Su yollarının bağlanması sel sularının axıb getməsini çətinləşdirərək ciddi xəstəlik riski yaradıb.
Acınacaqlı vəziyyət səbəbindən Filippin hökuməti bölgədə fövqəladə təmizlik işlərinə başlayıb.
Ağır texnika, təmizləmə qayıqları və canlı qüvvə kanalları və küçələri bürüyən üfunətli “zibil dağları”nı təmizləmək üçün hərəkətə keçiblər.


Bizim.Media