“Harry Potter” sevgisi 580 milyonluq layihənin marşrutunu dəyişdirdi

Böyük Britaniya ilə İrlandiya arasında inşa ediləcək 430 milyon funt-sterlinq (təxminən 580 milyon dollar) dəyərində sualtı elektrik kabelinin marşrutu dəyişdirilib.

Bizim.Media xəbər verir ki, buna səbəb “Harry Potter” fanatlarının etirazları olub.

“Greenlink” interkonnektor layihəsi çərçivəsində çəkilməsi planlaşdırılan 125 mil (təxminən 201 kilometr) uzunluğundakı kabel xətti Uelsin cənub-qərbində yerləşən Fresuoter Vest çimərliyindən keçməli idi.

Lakin bu ərazi “Harry Potter” pərəstişkarları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz burada “Harry Potter” film seriyasının son ekranlaşdırmalarından birində Dobbinin ölüm səhnəsi çəkilib.

Hadisədən sonra fanatlar çimərlikdə Dobbinin xatirəsinə kiçik bir abidə yaradıblar.Layihənin ilkin marşrutu açıqlanandan sonra şirkətə minlərlə etiraz mesajı və telefon zəngi daxil olub.

“Etchea Energy” şirkətinin baş direktoru Saymon Ludlam bildirib ki, fanatların reaksiyasından sonra layihə komandası məsələni yenidən nəzərdən keçirib. Nəticədə kabel xəttinin marşrutu dəyişdirilib və Dobbinin xatirəsinə yaradılmış əraziyə zərər vurulmaması qərara alınıb.

Pembrokşir bölgəsində yerləşən Fresuoter Vest çimərliyi hər il minlərlə “Harry Potter” fanatını qəbul edir. Ziyarətçilər Dobbinin xatirəsinə burada rənglənmiş daşlar, məktublar və müxtəlif əşyalar qoyurlar.

2022-ci ildə “Milli Etimad” təşkilatı ətraf mühitlə bağlı narahatlıqlar səbəbindən turistlərə çimərlikdə corab və digər əşyalar buraxmamağı tövsiyə etmişdi. Bununla belə, Dobbinin xatirə məkanının saxlanmasına icazə verilib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO