Bu kənd 30 il əvvəl tərk edildi, amma sabah dünyanın gözü onda olacaq– Video

İspaniyanın Burqos əyalətində yerləşən, illərdir yaşayış olmayan Villalibado kəndi nadir astronomik hadisə ilə yenidən gündəmə gələcək.

Bizim.Media xəbər verir ki, kənd avqustun 12-də baş verəcək tam Günəş tutulmasının NASA tərəfindən canlı yayımlanacağı xüsusi müşahidə məntəqələrindən biri olacaq.

Onilliklərdir tərki edilmiş Villalibado bu hadisə sayəsində beynəlxalq auditoriyanın diqqət mərkəzinə düşəcək. Tutulma NASA-nın rəqəmsal platformaları və San-Fransiskodakı “Exploratorium” vasitəsilə dünyanın müxtəlif ölkələrindəki izləyicilərə canlı təqdim ediləcək.

Villalibadonun seçilməsində onun tam tutulma zolağında yerləşməsi, üfüqün maneəsiz görünməsi və rabitə infrastrukturunun əlverişli olması əsas amillərdən olub.

Müşahidə məntəqəsinin kəndin yuxarı hissəsində, San Salvador kilsəsinin yaxınlığında qurulması planlaşdırılır. Beynəlxalq yayım üçün burada NASA və “Exploratorium”un təxminən 30 əməkdaşının çalışacağı bildirilir.

Tədbirin təşkilatçıları üçün kəndin fiber-optik internet bağlantısının olması da mühüm üstünlükdür.

Təxminən 20 il əvvəl Villalibadonu satın alan və ərazini kənd turizm kompleksinə çevirən iş adamı Xuan Ansotegi “Diario de Burgos”a bildirib ki, NASA aylar əvvəl onunla əlaqə saxlayıb.

Onun sözlərinə görə, NASA tutulma zamanı bütün kəndi, o cümlədən tarixi Romanesk kilsəsini icarəyə götürməkdə maraqlı olduğunu bildirib.

Ansotegi isə ilk telefon danışığında bu təklifin həqiqi olduğuna inanmayıb və zəngin fırıldaq olduğunu düşünüb.

“Əlbəttə, onlar öz elektrik və internet bağlantılarını istədilər. Lakin kəndimizdə artıq fiber-optik bağlantı olduğuna görə heç bir problem yaranmadı”, – deyə o bildirib.

Villalibado təxminən 30 il ərzində yaşayışsız qalıb. Kəndin son iki sakini 1998-ci ildə buranı tərk edib. İllər sonra Ansotegi və qardaşları kəndi turizm məkanına çevirmək üçün burada bərpa işlərinə başlayıblar. İndi isə bir vaxtlar tamamilə boş qalan Villalibado milyonlarla insanın izləyəcəyi astronomik hadisənin müşahidə nöqtələrindən birinə çevrilir.

Avqustun 12-dəki tam Günəş tutulması Qrenlandiya, İslandiya, Atlantik okeanı, İspaniyanın şimalı, Portuqaliyanın bir hissəsi və Rusiyanın şimalı üzərindən keçəcək.

Avropanın digər bölgələrində və Şimal yarımkürəsinin geniş hissəsində isə tutulmanı qismən müşahidə etmək mümkün olacaq.

NASA tam tutulmanı tutulma zolağı boyunca müxtəlif məntəqələrdən canlı yayımlayacaq.

İllər əvvəl tərk edilmiş Villalibado kəndi bir neçə saatlıq astronomik hadisə zamanı dünyanın diqqət mərkəzinə çevriləcək. (qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir ailənin 3 üzvü faciəli şəkildə həyatını itirdi

Bir ailənin 3 üzvü faciəli şəkildə həyatını itirdi

Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı

Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi? – VİDEO

Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi? – VİDEO

Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Məşhur türk serialı final edir

Məşhur türk serialı final edir

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart HAZIRLANIR

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart HAZIRLANIR

Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir

Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir

Məzuniyyətə çıxmadan pulunu almaq olar?

Məzuniyyətə çıxmadan pulunu almaq olar?

Bəzi yerlərdə leysan yağır -FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağır -FAKTİKİ HAVA

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Bu kənd 30 il əvvəl tərk edildi, amma sabah dünyanın gözü onda olacaq– Video

Bu kənd 30 il əvvəl tərk edildi, amma sabah dünyanın gözü onda olacaq– Video

Aǧcabədidə yanğın törədən şəxs TUTULDU

Aǧcabədidə yanğın törədən şəxs TUTULDU

İranla sərhəddə ƏMƏLİYYAT: 35 kq narkotik keçirmək istədilər –FOTO

İranla sərhəddə ƏMƏLİYYAT: 35 kq narkotik keçirmək istədilər –FOTO

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Özü qolf oynadı, raketlər onu qorudu – Video

Özü qolf oynadı, raketlər onu qorudu – Video

Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı QƏRAR

Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı QƏRAR

Evlənəndə deyil, ayrılanda YADA DÜŞÜR – Boşanmalarla bağlı YENİ QAYDA GÜNDƏMDƏ

Evlənəndə deyil, ayrılanda YADA DÜŞÜR – Boşanmalarla bağlı YENİ QAYDA GÜNDƏMDƏ

Müctəba Xameneinin vəziyyətini – Açıqladı

Müctəba Xameneinin vəziyyətini – Açıqladı

End of content

No more pages to load

RADİO