Ynet xəbər verib ki, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyata cümə gecəsi və ya şənbə səhəri başlayacağını gözləyirdilər. Lakin günün sonunda Trampın əməliyyatı hələlik təxirə saldığı və Tehrana əlavə vaxt verdiyi qənaətinə gəlinib.
Bizim.Media xəbər verir ki, pərdəarxası diplomatik təmaslarda Qətər və Oman İranı mövqeyini yumşaltmağa çağıraraq mümkün ABŞ əməliyyatının qarşısını almağa çalışıblar.
İsrail rəsmiləri Vaşinqton və Tehran arasında davam edən danışıqların uğur qazanacağına inanmır və hesab edirlər ki, İranın ABŞ-nin tələblərini qəbul etməsi ilə nəticələnəcək uzunmüddətli razılaşma ehtimalı çox aşağıdır. (Iranintl)
Bizim.Media