Hindistanın təhsil naziri Dharmendra Pradhan ölkə üzrə həftələrlə davam edən gənclərin etirazlarından sonra istefa verib.
Bizim.Media “Reuters“ə istinadən xəbər verir ki, etirazçılar may ayında keçirilən ali məktəblərə qəbul imtahanında sualların sızdırılması və təhsil sistemindəki problemlərə görə nazirin istefasını tələb edirdilər.
Hökumət etirazçıların əsas tələblərini qəbul etdikdən sonra aksiya liderləri etirazların dayandırıldığını açıqlayıblar.
Hökumət imtahan sistemində islahatlar aparacağını, etirazçılara qarşı açılmış işlərin bağlanacağını və zərərçəkmiş ailələrə kompensasiya veriləcəyini bildirib.
Bizim.Media