ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çat-botunun işində bir sıra ölkələrdə istifadəçilər problemlərdən şikayətlənirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin hesabatında bildirilir.
Xidmətin məlumatına görə, Böyük Britaniyada təxminən 2,7 min nəfər nasazlıq barədə məlumat verib.
İstifadəçilərin 89%-i saytın fəaliyyətində fasilələr olduğunu, 9%-i tətbiqlə bağlı problemlər yaşandığını, daha 8%-i isə birbaşa çat-botun işində çətinliklərlə üzləşdiyini bildirib.
“Downdetector”un məlumatına əsasən, ABŞ-də -2,2 min, İtaliyada 2,2 min , Fransada 1,4 min müraciət qeydə alınıb.
Bizim.Media