Naməlum şəxs küçədə yaxınlaşaraq Macarıstanın müxalif siyasətçisi Peter Madyarın üzünə tüpürüb.
Bizim.Media xəbər verir ki, hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisənin səbəbinin həmin şəxsin siyasətçinin mövqeyi ilə razılaşmaması olduğu ehtimal edilir.
Bildirilib ki, insidentə baxmayaraq, Peter Madyar hücumu törədən şəxsə qarşı heç bir ittiham irəli sürmək və ya hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətində olmadığını açıqlayıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bizim.Media