“Sədərək” və “Binə” bağlana bilər– AÇIQLAMA

Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də “Temu” kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə “Temu” vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.

Onlayn ticarət “Sədərək” və “Binə” kimi iri bazarların gələcəyini təhlükə altına alır? “Sədərək” və “Binə” bağlana bilər?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “globalinfo.az”a danışan iqtisadçı Elçin Rəşidov onlayn ticarət platformalarının bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaratdığını bildirib”.

“Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə “Sədərək” və “Binə” də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır. Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər.

Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır”, - o qeyd edib.

İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:

“Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür.

Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.

Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən “Sədərək” ilə “Binə”nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı- 16 milyona

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı- 16 milyona

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

3 arvadı ilə öyünən bloqer cərimələndi - FOTO-VİDEO

3 arvadı ilə öyünən bloqer cərimələndi - FOTO-VİDEO

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Plüşenkonun yetirməsi Qırğızıstan millisində çıxış edəcək

Plüşenkonun yetirməsi Qırğızıstan millisində çıxış edəcək

Şumer: İranla müharibəni dayandırmaq üçün yeni səsverməyə nail olacağıq – VİDEO

Şumer: İranla müharibəni dayandırmaq üçün yeni səsverməyə nail olacağıq – VİDEO

"Arka Sokaklar"ın “Müdir Vedat”ının son halı hər kəsi təəccübləndirdi – FOTO

"Arka Sokaklar"ın “Müdir Vedat”ının son halı hər kəsi təəccübləndirdi – FOTO

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı

Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Hindistanda daşqınlar 40-dan çox insanın həyatına son qoydu – VİDEO

Hindistanda daşqınlar 40-dan çox insanın həyatına son qoydu – VİDEO

Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

Tovuz polisindən ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Tovuz polisindən ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Arzumu həbsdən buraxan hakim kimdir?

Arzumu həbsdən buraxan hakim kimdir?

211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

İlham Əliyevdən misirli həmkarına TƏBRİK MƏKTUBU

İlham Əliyevdən misirli həmkarına TƏBRİK MƏKTUBU

Ölümə yaxın son mərhələdə görünə bilən 3 əsas əlamət

Ölümə yaxın son mərhələdə görünə bilən 3 əsas əlamət

Rusiyaya getmək istəyənlərə XƏBƏRDARLIQ

Rusiyaya getmək istəyənlərə XƏBƏRDARLIQ

Hörmüz boğazında tanker partladı - VİDEO

Hörmüz boğazında tanker partladı - VİDEO

ABŞ İrana zərbələrdə ilk dəfə B-1 strateji bombardmançısından istifadə edib - FOTO

ABŞ İrana zərbələrdə ilk dəfə B-1 strateji bombardmançısından istifadə edib - FOTO

Çində tornado avtomobili havaya uçurdu – ANBAAN VİDEO

Çində tornado avtomobili havaya uçurdu – ANBAAN VİDEO

Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

End of content

No more pages to load

RADİO