Yaponiyada istifadəçilərə qısa videoları daha rahat izləməyə imkan verən xüsusi eynək təqdim olunub.
Bizim.Media xəbər verir ki, cihaz smartfona qoşularaq videolara telefona toxunmadan baxmağa şərait yaradır.
Yeni qurğu istifadəçiyə telefonu əlində saxlamadan məzmun izləməyə imkan verir və bunun üçün görüntünü birbaşa eynək vasitəsilə təqdim edir.
Sosial şəbəkələrdə yenilik zarafatla qarşılanıb. İstifadəçilər bunun "qısa videolardan asılılığı maksimum rahatlıqla davam etdirmək üçün yaradıldığını" bildirən ironik şərhlər paylaşıblar.
Bizim.Media