Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə husilərin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, tankerlərdən biri Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında mərmi zərbəsi nəticəsində zədələnib.
Reuters agentliyinin Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə istinadən yaydığı məlumata əsasən, insident nəticəsində tankerlərdən biri zərər görüb.
Hadisə ilə bağlı əlavə araşdırmalar davam etdirilir.
Bizim.Media