“İraqdakı səfirliyimizə bir neçə raket atılıb. Atılan raketlərdən üçü partlamyıb. Onların haradan gəldiyini təxmin edin: İran. İndi isə İraqdakı amerikalılara qarşı digər hücumlar ediləcəyi barədə söz-söhbətlər eşidirik”.
Bizim.Media xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp öz tvitter hesabında yazıb.
O, İrana dostcasına xəbərdarlıq etdiiyni bildirib:
“Bircə amerikalı öldürülsə, mən buna görə İranı cavabdeh sayacam. Bu barədə yaxşı düşünün”.
Qeyyd edək ki, Bağdadda ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya raket atılıb. Ölkənin təhlükəsizlik xidmətlərindən bildirilib ki, raketlər ABŞ səfirliyinin raket əleyhinə müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bizim.Media
