Ukrayna prezidenti Volodimir Zelenski müvafiq fərmanlarla dövlət idarəçiliyində və ölkənin müdafiəsində xidmətləri olan şəxsləri yüksək dövlət mükafatlarına layiq görüb.
Bizim.Media xəbər verir ki, təltif edilənlər bunlardır:
Yaroslav Mudrı V dərəcəli ordeni ilə:
Yuliya Sviridenko (keçmiş Baş nazir) və Denis Şmıqal (Baş nazirin birinci müavini — Energetika naziri).
Boqdan Xmelnitski II dərəcəli ordeni ilə:
Robert Brovdi ("Madyar") — Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı və Andrey Biletski — Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri.
Prezidentin fərmanı ilə həmçinin yeni dövlət mükafatı — "Avropa ordeni" təsis edilib. Bu mükafat Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv olması yolunda göstərdiyi xidmətlərə, eləcə də ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında göstərilən dəstəyə görə verilir.
Bizim.Media